Сообщения

Сообщения за июль, 2021

«Qatarı dayandıran “Leyla”nın ifaçısı Türküstan bülbülü Dədəxan Həsən»

Изображение
  Həqiqi istedad sahibi, beynəlxalq Əhməd Yassəvi mükafatı laeuriatı müğınnı Dədəxan Həsən bu il qöcaman 81-ci baharını qarşılayır. Dədəxan Həsən 1989-cu ildə “Gənc leninçi” qəzetinin sorğusuna əsasən Özbəkistanın ən məşhur adamı adını alıb. Bir ildən sonra o, “Türk dünyasının fəxri” tərəfindən Türküstanın bülbülü elan olunub. Sərbəst güləş üzrə peşətkar beynəlxalq insan hüquqları fəalları adından Nobel mükafatına təqdim olunub. Türküstan bülbülü  Dədəxan Həsən (Dədəxan Həsən yaradıcılığına  cizgilər) Azadlıq və millət aşiqi   (söhbət-müsahibə) Mənim uşaqlığım və gəncliyim Dədəxan Həsənin mahnıları ilə keçib desəm, bu mümkündür. Evimizdə həmişə Dədəxan Həsənin mahnıları səslənib. Müğənninin “Leyla”, “Bahar gələr bağlara”, “Xumar gözlərin”, “Ay qız”, “Məni sevən yarın ay camalı var”, “Ağ qayın”, “Mənim atamı görmədinizmi”, “Yardan şikayət etməyin” kimi mahnılarını eşidib ürəklər həzz alar. Mahnılar dinləyicinin əhvalını yüksəldir, eşq-vəfadan, vüsal ziddiyyətlərindən söz açır.